Almaniya iş adamlarının Azərbaycana marağı artır
27-03-2023, 13:00
338

Almaniya iş adamlarının Azərbaycana marağı artır

Xəzər rayonu R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin tarix müəllimi Məmmədova Ayselin "Almaniya iş adamlarının Azərbaycana marağı artır" adlı məqaləsi dərc edilmişdir.

TehsilForumu.Az - Almaniya ilə tarixi köklərimiz hələ bir neçə əsr öncəyə gedib çıxır. Belə ki, hələ Çar

Rusiyasının mövcudluğu dövründə almanların Azərbaycana gəlişi gerçəkləşmişdi.
Vürtemberq knyazlığı və Badendən çoxsaylı alman ailələri Azərbaycanın İndiki Göygöl ərazisi
və Şəmkir rayonuna köçürülmüş, onların potensialından istifadə edilmişdir. Yerli əhali ilə
qaynayıb qarışan almanlardan yerlilər altı zirzəmili, üstü çardaqlı kirəmitli evlər, dördtəkərli,
furqon tipli at arabalarının düzəldilməsini öyrəniblər. İki ölkə arasında qarşılıqlı iqtisadi
əlaqələrin yaranması isə 19-cu əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın
“Simens qardaşları” şirkəti tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında
iri misəritmə müəssisələri tikilmişdir. 20-ci əsrin əvvəlində bu zavodlarda istehsal edilən misin
Cənubi Qafqazda istehsal edilən misin 3/2-ni təşkil etdiyini görə bilərik. Bundan əlavə
“Simens qardaşları” şirkəti Daşkəsəndə kobalt yataqları bazasında kobalt zavodu inşa edib.
Bu zavodların tikintisi nəticəsində xeyli insan işlə təmin edilib, əhalinin maddi rifahı xeyli
yüksəlib.
Müstəqilliyimizin əldə edildiyi elə ilk vaxtlardan yəni 1992-ci ildə Almaniya Azərbaycanın
müstəqilliyini tanıyıb, bununla müstəqil Azərbaycanla Almaniya arasında münasibətlər yeni
müstəviyə qədəm qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin respublikaya həm birinci həm də ikinci prezidentliyi
dövründə Almaniya münasibətlərə xüsusi önəm verilmişdir. Belə ki Ümumilli lider Heydər
Əliyev 1996-ci ildə Almaniyaya işguzar səfər edib. Bu görüşlər zamanı ölkələrarası
münasibətlərin hərtərəfli inkişaf dinamikası müzakirə edilib. Elmi, siyasi, texniki, iqtisadi
əməkdaşlıq çərçivəsində beş müqavilə imzalanmışdır. 2001-ci ildə Almaniya Xarici İşlər
Naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə Azərbaycana rəsmi səfərləri
zamanı ən yüksək səviyyədə Azərbaycana dəstək olacaqlarını bildiriblər.
Bu dəstək qarşılıqlı iqtisadi,siyasi, texniki və mədəni əlaqələr İlham Əliyevin hakimiyyəti
dövründədə davam etdirilmişdir. Belə ki, İlham Əliyevin hakimiyyətə gəlməsindən qısa
müddət sonra yəni 2004-cü ildə Almaniya prezidentinin dəvəti ilə Almaniyaya işgüzar səfəri
gerçəkləşmişdir. Almaniya prezidenti Horst Köller və federal konsler Gerhard Şröderlə
keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibıtlərin inkişafı, qarşılıqlı siyasi
əlaqələrin vəziyyəti, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
2007 və 2010 cu illərdəki rəsmi səfərlər zamanı münasibətlərin inkişaf dinamikası daha da
artmışdır. Xüsusilə prezident İlham Əliyevin 2010-cu il Almaniyaya rəsmi səfəri bu
baxımından zəngindir. Belə ki səfər çərçivəsində İlham Əliyev Almaniya kansleri Angela
Merkel ilə görüşüb. Almaniyanın Azərbaycana hər sahədə dəstək olmağa hazır olduğunu
vurğulayan kansler xanım bildirib ki, net qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib
tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan Azərbaycanda alman
məhsullarına tələbatın artdığını nəzərə çatdırmaqla bərabər, Azərbaycanın Avropa enerji
təhlükəsizlik məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.Almaniya ilə
uğurlu əməkdaşlıq bu gündə davam etdirilir.
İlham Əliyevin cari ilin 13 mart tarixindəki Almaniyaya işgüzar səfəri və Berlində
Almaniyanın aparıcı şirkət rəhbərləri görüşü baş tutub. Görüşdə toxunulan məsələlərin
aktuallığı onun səmərəliyinə əyani sübutdur. Belə ki görüşü açıq elan edən Almaniyanın
Şərqi Biznes Assossasiyasının baş icraçı direktoru Mixail Harms cəmi bir neçə ay öncə
Münhen konfransında belə bir işgüzar görüşün keçirilməsi ideyasınln yarandığı və qısa vaxt
ərzində həyata keçməsinin məmnunluğunu geyd edib.Görüşdə Almaniyanın otuzdan çox
aparıcı şirkət rəhbərləri iştirak ediblər. Bu şirkətlər istiqamət parametrlərinə görə də bir-
birlərindən fərglənirdilər. Belə ki artıq dünyaya məlumdur ki Azərbaycan iqtisadiyyatını yalnlz
enerji və ya neft qaz sektoru üzərində davamlı qurmaq fikrində deyil. Yəni artıq Azərbaycan
alternativ enerji mənbələr və s üzərində qurmağa hədəfləyir, bununla iqtisadi inkişaf
dinamikamızı daha da davamlı etməyi istəyir. Görüşdə enerji,logistika, infrastruktur, sənaye,
kənd təsərrüfatı və s sahələrdən olan şirkətlər iştirak etmişdir.Cənab prezidentin də görüşdə
qeyd etdiyi kimi ölkəmiz son 20 ildə ən yüksək inkişaf dinamikasına malik ölkədir. Hal
hazırdakı hədəflərimiz yeni və növbəti 30 il üçün maliyyə resursları axtarıb tapmaq və ən
əsası ondan ölkə miqyasında səmərli istifadə etməkdir. Artıq rahatlıqla Azərbaycanın Avropa
üçün ən etibarlı enerji tərəfdaşına çevrilib desək yanılmarıq.Xüsusilə son bir neçə il ərzində
Avropada baş vermiş hadisələrdən sonra. Belə ki Rusiya-Ukrayna müharibəsi Azərbaycanın
həm enerji həm də infrastrukturuna tələbatı artırmışdır. Və bunu doğru istiqamətlə yönəltmək
Azərbaycanın əlindədir və ölkəmiz də bunun öhdəsindən lazımınca gəlir.
Əminəm ki Azərbaycan yeni tərəfdaşlıqlara doğru daim irəlləyəcəkdir!

0 0

Şərhlər

Oxşar xəbərlər