Ermənilərin xalqımıza qarşı vəhşi cinayətləri
29-03-2023, 19:30
370

Ermənilərin xalqımıza qarşı vəhşi cinayətləri

Bakı şəhəri Xəzər rayonu R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin tarix müəllimi Babayeva Ləmanın  "Ermənlərin xalqımıza qarşı vəhşi cinayətləri" adlı məqaləsi dərc edilmişdir.

TehsilForumu.Az- XIX əsrin əvvəllərindən etibarən Azərbaycan ərazisinə müxtəlif xristian xalqların köçürülməsi siyasəti dövrün Çar Rusiyasının ərazimizdə etnik dayaq yaratmaq, müstəmləkə iqtisadiyyatı formalaşdırmaq, yerli əhalini xristianlaşdırmaq kimi məqsədlərinə xidmət edirdi.

    Bu zaman Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülən xalqlarsırasına erməni və ruslar da daxil idi. Ümumilikdə 200 minə yaxın erməninin bu dövrdətorpaqlarımızdaməskunlaşdırılması müasir dövrün ən böyük problemlərindən biri olan Azərbaycan-Ermənistan münaqişəsinə zəmin hazırladı.
   Artıq Çar Rusiyası üçün Azərbaycan ərazisində məskunlaşdırılmış xristian xalqlar
bölgədəki yerli əhalinin milli-mənafeyinə zidd həyata keçiriləcək hər bir tədbirinəsas
təşkilatçısı və iştirakçısı olacaqdılar. Təqribən 100 illik Çar müstəmləkəçiliyi dövründə baş vermiş tarixi prosseslər bunu bir daha sübut edir. Sadəcə 1905-1907-ci illərdə baş vermiş BirinciRus inqilabınanəzər yetirməklə belə ermənilərin bu siyasətdə oynadığı rolu aydın şəkildə görə bilərik. İnqilab dövründə azərbaycanlı əhalinin siyasi fəallığının qarşısını almaq, baş verən proseslərdən kənarda saxlamaq məqsədilə "Daşnaksütyun" partiyası və ermənilərdən yerli əhaliyə qarşı milli qırğın siyasəti həyata keçirilməsində geniş şəkildə istifadə olundu. Bu da Azərbaycan tarixində 1905-1906-cı illər qırğını kimi iz qoydu. Amma bu tarixdə xalqımıza qarşı törədilmiş nə ilk, nə də ki son qırğın olmadı.b_500_300_16777215_00_images_xeber_sekilleri_11mart2023_31_mare543aa2qaz.jpg
    Çar Rusiyasının devrilib,bolşeviklərin hakimiyyəti ələ keçirməyə nail olduğu dövrlərdə Azərbaycanda müstəqillik şüarları artmış, bu istiqamətdə tədbirlər görülməyə başlanmışdı.
    Məhzmüstəqillik, muxtariyyət, azadlıq arzusu ilə öz ideallarına möhkəm sarılmış bir xalqı azadlıq mübarizəsində başsız qoymaq, türk-müsəlman əhalini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək məqsədilə xalqımıza qarşı yeni bir qırğınplanı hazırlandı. Bu planın müəllifi BFDS-nin rəhbəri Stepan Şaumyan, sifarişçisi Sovet Rusiyası, fəal iştirakçısı isə daşnak-bolşevik hərbi qüvvələri oldu.
   1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlara başlanıldı. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri tərəfindən qeyri-insani əməllərini davam etdirildi,
    Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirildi. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
     Təkcə Bakı quberniyasının ərazisində 30 mindən çox türk-müsəlman əhali qətlə yetirildi, eləcə də Tağıyev teatrı, "İsmailliyə" binası, Açıq söz ve Kaspi qəzetinin redaksiyası yandırıldı, "Təzəpir" məscidi, Şah məscidi dağıdıldı.
    Şamaxıda Lalayanın rəhbərliyi ilə törədilmiş qırğınlarla əlaqədar ilkin məlumat
mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb.
     Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15- də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar.
     Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
    1918-ci ilin aprel-may aylarında Amazaspın rəhbərliyi ilə gerçəkləşən Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar sübut etdi ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Beləki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının
olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara
doldurulub, üzəri torpaqla örtülüb.
    2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri
nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı.
   Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və
2013-cü il sentyabrın 18-də açılmışdır. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Bu dərəcə böyük bir miqyasda həyata keçirilmiş və onminlərlə insanın həyatını
itirməsinə səbəb olmuş bu faciə Sovet hökumətinin Azərbaycandakı hakimiyyəti dövründə heç bir siyasi qiymət almamış, hətta üstü örtülmüş, tarixi faktlar ört-basdır edilmişdir.
    Azərbaycan xalqı bu qəddar soyqırım hadisəsinə ədaləti yalnız 1998-ci ildə Ulu Öndərin 26 mart tarixli fərmanı vasitəsilə təmin edə bilmişdir.
“Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir” - Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı.


0 0

Şərhlər

Oxşar xəbərlər