Bakıdakı ümumi təhsil müəssisələrinin fəaliyyətinə ciddi dəstək
17-12-2022, 21:19
430

Bakıdakı ümumi təhsil müəssisələrinin fəaliyyətinə ciddi dəstək

TehsilForumu.Az - Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodiki (mentor) dəstək verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə köməklik göstərir. Mərkəzdə inzibati idarəetmə, təlimin təşkili və idarəetmə, tədrisin idarəolunması, təhsilalanlarla işin təşkili və idarə olunması, fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.

TDM tərəfindən ümumi təhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir. Müəllimlərin fəaliyyətinə (açıq və nümunəvi dərslər, dərsdənkənar fəaliyyət, müəllimlərin müxtəlif məsələlərlə bağlı məruzələri və s.) diqqət yetirilir, metodbirləşmələrin fəaliyyətini və metodiki işi daha səmərəli təşkil etmələri üçün müxtəlif (yazılı və şifahi) tövsiyələr verilir. Həmçinin, tədris ili ərzində məktəblərdə metodiki xidmətin səmərəli təşkili, yeni fənn proqramlarının tətbiqi, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsi ilə bağlı müzakirələr təşkil edilir. Hesabat ilində Mərkəz tərəfindən mühüm işlər görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənovun sözlərinə görə, İdarənin tabeliyindəki 30 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və Məktəbin İnkişaf Planı (MİP) hazırlanıb. Elm və təhsil nazirinin müvafiq əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində keyfiyyət monitorinqi təşkil edilib, məktəbin real vəziyyəti qiymətləndirilib və hesabatı təqdim olunub. Hesabatdan irəli gələn ehtiyaclar əsasında Təlimə Dəstək Mərkəzinin metodistlərinin dəstəyi və birbaşa iştirakı ilə məktəb rəhbərliyi ilə birlikdə məktəbin müvafiq sahələr üzrə inkişafına istiqamətlənmiş fəaliyyət planı - Məktəbin İnkişaf Planı hazırlanıb. Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir. Planın yazıldığı müddətdə məktəbdəki real vəziyyətlə tanış olmaq, təlim-tərbiyə prosesinin yaxşılaşdırılması istiqamətində yaxından dəstək göstərə bilmək üçün dərs müşahidələri aparılır, məktəb rəhbərliyi, müəllimlər, ümumilikdə, bütün heyətlə müzakirələr təşkil edilir. MİP hazırlanarkən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin monitorinqləri nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması əsas hədəf olaraq nəzərə alınır.məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və riyaziyyat müəllimlərinin iştirakı ilə keçirilən riyaziyyat müəllimlərinin I Bakı forumunda Təlimə Dəstək Mərkəzinin heyəti metodiki mövzularda məruzələrlə çıxış ediblər.

Mərkəz direktorunun sözlərinə əsasən, Təlimə Dəstək Mərkəzi tərəfindən "Dərd dinləmə" layihəsi həyata keçirilir. Tədrisin effektiv təşkilində yaşanan çətinliklərin aradan qaldırılmasına dəstək vətəhsil prosesinin iştirakçılarınınmaarifləndirilməsi məqsədilə TDM-in rəsmi "Youtube" kanalında yeni layihə - "Dərd dinləmə" layihəsi həyata keçirilir.

Layihənin məqsədi təlim-tərbiyə prosesində qarşıya çıxan əsas çətinliklərin müəyyən edilməsi, onların həllinə istiqamətlənmiş müzakirələrin aparılması və müvafiq tövsiyələrin verilməsidir. "Dərd dinləmə"layihəsi çərçivəsində "Təhsil müəssisələrinin idarə olunmasında və şagird nailiyyətlərinin yüksəldilməsində hesabatlılığın rolu varmı?", "Niyə şagird oxuduğunu anlamaqda çətinlik çəkir?", "Tədrisdə öyrənmə "böhran"ı nə üçün baş verir?", "Müəllimin emosional zəkalılığı şagirdin öyrənməsinə necə təsir edir?", "Müəllimin emosional zəkalılığı şagirdin öyrənməsinə necə təsir edir?", Düşüncə tərzi tədrisdə hansı problemləri yaradır?", "Şagirdlərə rəy verməklə bağlı çətinlikləriniz hansılardır?", "Formativ qiymətləndirmə meyarlarını necə müəyyən edirsiniz?", "Formativ qiymətləndirmə ilə bağlı çətinlikləriniz hansılardır?" və.s mövzularla bağlı tövsiyyələr verilir: "Mövzularla bağlı bütün sualları və qarşılaşdıqları problemlər barədə bizə sullar ünvanlanır. Suallar ətraflı şəkildə cavablandırılır və problemlərin effektiv həlli yolları barədə təkliflər verilir: "Dərd dinləmə" layihəsi çərçivəsində hər həftə fərqli mövzular müzakirə olunur. Müəllimlərin pedaqoji fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər işıqlandırılır və həlli yolları barədə təkliflər verilir". İlkin Həsənov əlavə edib ki, Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi tərəfindən idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin informatika və rəqəmsal bacarıqlar müəllimləri üçün "Proqramlaşdırma və alqoritm" mövzusunda onlayn təlimlər keçirilib.Təlimlərin təşkilində əsas məqsəd müasir dövrün əsas tələblərindən olan proqramlaşdırma və alqoritm üzrə bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır: "Qeyd edim ki, 2023-cü ildə keçiriləcək ali məktəblərə qəbul imtahanlarında I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində informatika fənnindən də imtahan verəcəklər. İnformatika proqramının əsas mövzuları məhz Python və alqoritm mövzularını əhatə edir".

Sevinc QARAYEVA
0 0

Şərhlər

Oxşar xəbərlər