Gənc istedadlı şagird
15-11-2022, 10:44
611

Gənc istedadlı şagird

T‌ehsilForumu.Az - Ayla Mahmudova Azərbaycanın Milli Qəhrəmanı  Rafael Həbibovun adını daşıyan 14 nömrəli tam orta məktəbin 9v sinif şagirdidir. Bütün fənlərə ciddi hazırlaşan 14 yaşlı Ayla müəllimələrinin sevimlisidir. Ayla çəkdiyi rəsmlər, yaratdığı əl işləri ilə şeher, respublika müsabiqələrində iştirak edir, uğurları ilə hamını fərəhləndirir. Erkən yaşlarından rəsmə marağını nəzərə alaraq onu valideyinləri Şirvan Dövlət Rəsm Qalereyasına apardılar.

Aylanın çəkdiyi rəsmləri, əl işlərini diqqətlə nəzərdən keçirdilər. Maraqla qarşılanan bu əsərlər Aylanın istedadından xəbər verdi. Şəhərimizdə, eləcə də digər bölgələrimizdə və paytaxtda keçirilən müsabiqələrdə Aylanın yüksek pilləyə qalacağına heç kəs şübhə etmirdi. Və bu belə də oldu. Son bir neçə ildə müsabiqələrdəki uğurlarına görə Ayla neçə-neçə diplom, fəxri fərman, təşəkkürnamə alıb. Onlardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. 2016- cı il uşaq və gənclərin ən yaxşı yaradıcılıq işlərinin respublika müsabiqələrində " Muncuqlardan həcmli kompozisiya"  namina siyasında ikinci yerə layiq görülmüşdü. Təhsil Nazirliyinin fəxri fərmanını aldı. Sonrakı illərdə də o bir neçə məsul müsabiqələrdə uğurlu çıxış etmişdir.

Ayla rəsmlərdə, əl işlərində vətənpərvərlik mövzusuna xüsusi diqqət ayırır. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra o bilik bacarığını şəhidlərimizin, qazilərimizin igidliklərinə hərs etmişdir. Eyni zamanda  2022- ci il " Şuşa ili " elan olunması ilə əlaqədar olaraq, 27 sentyabr Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş " Qarabağa aparan Zəfər tarixi" adlı rəsm müsabiqəsində birinci yerə layiq  görülərək Fəxri fərman ilə təltif olunub. Son aylarda Ayla respublika üzrə keçirilmiş " Zəfər 44 " adlı uşaq rəsm yaradıcılıq turnirində 600-700 məktəbi gənc rəssamlar arasından seçilmiş 44 nəfərin biridə Ayla Mahmudovadır. Digər, respublika üzrə keçirilmiş " Şanlı Zəfərim " adlı əl işi müsabiqəsində üçüncü yerə layiq görülüb. Qeyd etdiyimiz kimi Aylanın 14 yaşı var. 38 diplom və fəxri fərmanlarla təltif olunub.Onu qarşıda nələr gözləyir? Özü də bu suala cavab verməyə çətinlik çəkir. Çünki rəssamlıqa, əl işlərindən sənət nümunələri hazırlamağa həvəsi sonsuzdur.

Təki bu həvəs həvəs olaraq qalmasın. Amma kim bilir: bəlkə də Ayla sabahın pilotu, həkimi, mühəndisi olmaq qərarına verəcək. Amma biz bunu bilirik ki, Ayla hansı sahəni seçsə, uğur qazanacaq. Çünki onda zəhmətkeşlik, həvəs böyükdür. Hansı sahəni seçəcəyindən asılı olmayaraq sənə uğurlar arzulayırıq, Ayla!
0 0

Şərhlər

Oxşar xəbərlər