Təhsilverənlərdən və məktəb rəhbərlərindən hamısının vəzifə maaşlarına aylıq əlavələr veriləcək?
22-08-2022, 13:30
1 205

Təhsilverənlərdən və məktəb rəhbərlərindən hamısının vəzifə maaşlarına aylıq əlavələr veriləcək?

TehsilForumu.Az"İctimaiyyətdə 2017/2022-ci illərdə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olmadığını 2020-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsinin formatının dəyişilməsi ilə izah edən və 2022-ci ilə qədər işə qəbul olunan bütün müəllimlərin sertifikatlaşmaya cəlb ediləcəyi barədə fikirlər dolaşır. Bir qayda olaraq ilk dəfə işə qəbul olunan bütün müəllimlər nə vaxt işə qəbul edildiyindən asılı olmayaraqq 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər və hətta könüllü formada belə bu prosesə buraxılmırlar. Çünki sertifikatlaşdırma işçinin vəzifəsinə uyğun olub-olmama prosesidir və yenicə işə qəbull olunan şəxslərin vəzifəyə uyğunluğunu belə tezliklə yoxlamaq absurd olmaqla yanaşı izafi insan və maddi resurs itkisidir".

Bunları açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, ictimaiyyətdə bu il MİQ müsabiqəsi ilə işə qəbul edilən müəllimlərə işlədiyi bölgədə sertifikatlaşdırma keçirilibsə, topladığı ballarına uyğun vəzifə maaşlarına aylıq əlavələrin veriləcəyi barədə qəti fikirlər dolaşır: "Yeni işə qəbul edilən müəllimlərin MİQ balının sertifikatlaşdırmadan keçən müəllimlərin topladığı bala bərabər tutulması barəsində hələlik bir rəsmi norma mövcud olmadığı üçün indidən onlara ballarına uyğun vəzifə maaşlarına aylıq əlavələrin veriləcəyini söyləyə bilmərik. Lakin çox yaxşı olardı ki, təhsil sistemində kişi cinsindən olan müəllimlərin işə qəbulunu motivasiya etmək məqsədi ilə yeni işə qəbul edilən müəllimlərin topladığı ballar ilk 5 il ərzində həm də onların sertifikatlaşdırma balları hesab edilsin və əgər onların işlədiyi bölgədə sertiifikatlaşma keçirilibsə, onlara da aylıq əlavə məbləğlər ödənilsin".

Kamran Əsədov yalnız sertifikatlaşdırmadan keçən ümumi təhsil müəssisələrinin rəhbər işçilərinə təhsilalanların sayına görə vəzifə maaşlarına aylıq əlavələrin veriləcəyi barədə məlumatlara da münasibət bildirib: "Dövlət ümumi təhsil müəssisələrinində çalışan direktor və direktor müavinlərinin hamısına təhsilalanların sayına görə vəzifə maaşlarına aylıq əlavələr məktəbin yerləşdiyi bölgənin sertifikatlaşdırmadan keçib-keçməməsindən asılı olmayaraq növbəti tədris ilindən ödəniləcək".


0 0

Şərhlər

Oxşar xəbərlər