Yeni rəhbərlər  DANIŞDILAR-Gələcək hədəflər, planlar..
6-05-2022, 14:55
450

Yeni rəhbərlər DANIŞDILAR-Gələcək hədəflər, planlar..

Azərbaycanda yaradılan regional təhsil idarələrinə yeni rəhbərlər təyin edilib.

 

TehsilForumu.Az AzEdu.az-a istinadən xəbər verir ki, danışan Dağlıq Şirvan və Lənkəran-Astara regional təhsil idarələrinin rəhbərləri fəaliyyət istiqamətlərindən söz açıblar.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev yeni yaradılan strukturda hansı işlərin görüləcəyindən söz açıb:

 

“Cənab nazir bizi bu vəzifəyə layiq gördüyü üçün ona xüsusi minətdarlığımı bildirirəm. Bizə bu etimad göstərilib və onu doğrultmağa çalışacayıq. Qarşımızda müəyyən vəzifələr qoyulub. Onlar sadə olmamaqla yanaşı, olduqca məsuliyyətli və çətin işlərdir. İlkin məqsədlərimiz dövlət proqram və strategiyalarının düzgün şəkildə yerinə yetirməkdir. Çalışacam ki, bu istiqamətdə işimi qurum. Gələcək vəzifələrdən biri də təhsil müəssisələrində tədris-metodiki rəhbərliyin həyata keçirilməsini müəyyən etməkdir. Psixoloji xidmətin təşkilini düzgün şəkildə qurmaq, metodiki şuraların fəaliyyətini canlandırmaq və təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq vacib proseslər sırasındadır. Təhsilin keyfiyyətini yüksəltmək regionda ən önəmli faktordur. Eyni zamanda sağlam təhsil mühitinin yaradılması da lazımdır. Valideyn-şagird, müəllim-şagird və digər münasibətlərin düzgün şəkildə qaydaya salmaq əsas işimizin bir hissəsidir. Eyni zamanda bütün bunları etməklə vətəndaş məmnunluğunu yaratmağa çalışacayıq, onlar bizdən narazı qalmamalıdır.

 

Valideynlər şagirdləri məktəbə göndərdikdə inanmalıdır ki, biz düzgün olan təlim və tərbiyəni onlara verəcəyik. Həmçinin, təlim texnologiyaları, innovativ layihə və proqramlarla işləmək borcumuzdur. Çünki biz beynəlxalq təhsilə inteqrasiya edirik. Müəllimlərimiz beynəlxalq əlaqələr qurur və biz onların praktika və təcrübələrindən istifadə edəcəyik. Həmçinin, digər regionlara da bunları ötürəcəyik. Əsas odur ki, çevik təhsil sistemini formalaşdıra bilək. Elə edəcəyik ki, hər şey yerində və vaxtında həllini tapsın və bütün bunlar maraqlar çərçivəsində həll olunmasını təmin edəcəyik”.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov hansı fəaliyyətləri həyata keçiriəcəklərini vurğulayıb:

“Regional idarələrin yaradılmasında gözləntilər çoxdur. Burada idarəetmədən başlayaraq şəffaflıq və bərabərliyin təmin edilməsi, metodik xidmətin daha yüksək səviyyədə təşkili, müəllimlərin peşəkar bacarıqlarının artırılması və təhsil alanlarla verənlərin məmnunluq səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır. Qarşımıza bir çox plan və məqsəd qoymuşuq. Sözsüz ki, burada Təhsil Nazirliyi tərəfindən də müvafiq fəaliyyət planı və əsasnaməyə uyğun tapşırıqlar var ki, onları uğurlu şəkildə icra etmək istəyirik. Məqsədimiz bu sahədə öncül regional idarələrdən biri olmaqdır. Fəaliyyət planlarımıza əsasən, yaxın müddətdə regionun istedadlı şagirdlərinin üzə çıxması və onlarla xüsusi məşğul olmaq kimi məsələlər yer alır. Regionumuzda olan gənc müəllimlərin peşəkar bacarıqlarını artırmaq üçün dəstəkləyici təlim, seminar və konfranslar keçirmək istəyirik. Təcrübəli müəllimlərin bilik və bacarıqlarını gənclərə mübadilə etmək olduqca vacibdir, əlavə olaraq idarəçiliklə bağlı inkişaf proqramlarının hazırlanması da nəzərdə tutulub. Qeyd edim ki, bütün işlər yalnız regionumuzun bölgələrində davamlı olaraq inkişafına yönəlib”. 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb. Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.
0 0

Şərhlər

Oxşar xəbərlər