2 və 3 may Ramazan bayramı kimi qeyd ediləcək - QƏRAR
25-04-2022, 12:45
284

2 və 3 may Ramazan bayramı kimi qeyd ediləcək - QƏRAR

Azərbaycanda bu həftəsonundan etibarən bayram tətili başlayır.

TehsilForumu.Az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2 və 3-ü Ramazan bayramı kimi qeyd ediləcək.

Beləliklə, vətəndaşlar bu həftəsonundan etibarən dörd gün ərzində istirahət edə biləcəklər.

Qeyd edək ki, bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən növbəti iş günü çərşənbə, yəni üçüncü gün olacaq.


0 0

Şərhlər

Oxşar xəbərlər