ADPU-da İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş tədbir təşkil edilib
24-04-2022, 13:07
269

ADPU-da İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş tədbir təşkil edilib


ADPU-nun mətbuat xidmətindən TehsilForumu.Az-a bildirilib ki, “ADPU Könüllüləri” Tələbə Birliyinin təşkil etdiyi seminarda Universitetin İbtidai təhsil fakültəsinin dekanı, tanınmış təhsil tədqiqatçısı professor Fərrux Rüstəmov tələbələrə İrəvan Müəllimlər Seminariyasının yaranma tarixindən bəhs edib, seminariyanın milli təhsil tariximizdə buraxdığı izlər və təhsilin təşkili barəsində tələbələrlə geniş müzakirə aparılıb.

50 nəfərə yaxın tələbənin iştirak etdiyi görüşdə professor F.Rüstəmov tələbələri maraqlandıran sualları cavablandırıb.
0 0

Şərhlər

Oxşar xəbərlər