Quba rayonunda təşkil ediləcək hakatona qeydiyyat bu gün yekunlaşır
20-04-2022, 15:37
424

Quba rayonunda təşkil ediləcək hakatona qeydiyyat bu gün yekunlaşır

Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən aprelin 29-dan mayın 3-dək Quba rayonunda tələbələr üçün təşkil ediləcək hakatona qeydiyyat aprelin 20-də başa çatır.

 

İnstitutdan TehsilForumu.Az-a bildirilib ki, hakatonun keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir. Hakatonda ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında təhsil alan III və IV kurs tələbələri və magistrantları iştirak edə bilərlər.

 

Hakatonda iştirak etmək istəyən tələbələrin yoxlama imtahanının aprelin 23-24-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Hakaton iştirakçıları “backend”, “front-end”, verilənlər bazası və “Windows” ƏS üzrə sistem inzibatçılığı istiqamətlərində öncədən keçiriləcək imtahan əsasında seçiləcəklər. Qeydiyyatdan keçən şəxslər 4 istiqamətdən birini seçə bilərlər.

 

Tələbələr fərdi şəkildə qeydiyyatdan keçməlidirlər. İmtahanı uğurla verən iştirakçılar hakatonda qruplara bölünəcək. Beş gün ərzində iştirakçı komandalara ümumi tapşırıq veriləcək və qiymətləndirmə yekunda tapşırığı yerinə yetirmə dərəcəsinə görə müəyyənləşdiriləcək. Hakatonun daha detallı yarışma qaydaları və qiymətləndirmə meyarları yekunda iştirakçılara təqdim olunacaq.

 

Qalib komandaya mükafat təqdim olunacaq.

 
0 0

Şərhlər

Oxşar xəbərlər