Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin üçüncü günü keçirilib
8-04-2022, 06:56
367

Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin üçüncü günü keçirilib

Müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin üçüncü gününə dair statistik məlumatlar açıqlanıb.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən TehsilForumu.Az-a bildirilib ki, müsahibənin üçüncü günü 624 namizəd dəvət olunub, namizədlərdən 63-ü müsahibələrdə iştirak edib. Rus dili üzrə 60, coğrafiya üzrə 89, fiziki tərbiyə üzrə 55, ingilis dili üzrə 112, texnologiya üzrə 62, fizika üzrə 40, tarix üzrə 112, biologiya üzrə isə 73 namizəd müsahibəyə qatılıb.

 

Xatırladaq ki, aprelin 4-də müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Müsahibələrə 2 min 33 nəfər dəvət olunub. Aprelin 7-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər