Müəllim şagirdlə ünsiyyət zamanı hansı məsafədə olmalıdır ?
7-03-2022, 16:50
678

Müəllim şagirdlə ünsiyyət zamanı hansı məsafədə olmalıdır ?

İnsanlar tarix boyu bir birilə ünsiyyət etməyə ehtiyac duymuşlar. Hər nə qədər ki, son dövrlər insanlar virtual ünsiyyətə daha çox üstünlük verirlər, buna rəğmən ünsiyyət yenə də həyatımızın əsas tərkib hissəsidir. Gündəlik həyatımızın demək olar ki, hər mərhələsində – evdə, işdə, bazarda v.s digər yerlərdə ünsiyyətə ehtiyac duyuruq.

Ünsiyyət iki və daha artıq insan arasında baş verən qarşılıqlı münasibətdir demək olar. Ünsiyyət bir neçə növə ayrılır. Onlardan verbal və qeyri verbal ünsiyyəti qeyd etmək istəyirəm. Verbal ünsiyyət nitq vasitəsilə, qeyri-qerbal ünsiyyət isə emosiyalar vasitəsilə baş tutur.

Danışıqlarda ünsiyyətin təsirli və səmərəli olması üçün bir neçə əsas məqam diqqət yetirmək lazımdır. Bu zaman ünsiyyətiniz qarşılıqlı anlaşma şəkilində baş tutacaq və siz ünsiyyətdən gözlədiyiniz nəticəni əldə edə biləcəksiniz. Gəlin nəzər salaq:

Xoş ifadələrdən istifadə etmək.-Aqressiya aqressiya gətirir. Eynilə də, ünsiyyət zamanı birinə xoş söz söyləsəniz qarşılığı da xoş söz olacaqdır. Bunu bir bumeranq kimi düşünün. Ona görə də təsirli bir ünsiyyət üçün xoş ifadələrdən istifadə etmək məsləhətdir. Unutmayın ki, xoş sözlər hamının xoşuna gəlir.

Empatiya qura bilmək.-Empatiya özünü qarşıdakının yerinə qoyaraq onun düşüncə və davranışlarına şərik çıxmaqdır. Empatiya quraraq dediyin hər hansı bir sözün qarşı tərəfdə hansı hiss yarada biləcəyini öyrənə bilərsiniz və bununla da kəlimələr seçərkən daha diqqətli davranaraq ünsiyyətin uğurlu olmasına nail ola bilərsiniz.

Ünsiyyət mövzusuna toxunmuşkən ünsiyyətin səmərəli baş tutması üçün vacib məqamlardan biri olan ünsiyyət zamanı məsafə seçimi ilə bağlı Alları Piz tərəfindən müəyyənləşdirilmiş psixoloji məsafənin zonalarını nəzərinizə çatdırıram:

İntim zona ( 15 sm-dən 46 sm qədər)- xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilər.

Şəxsi zona ( 46 sm-dən 1,2 m-ə qədər)- dostluq üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.

Sosial ünsiyyət zonası (1,2 m-dən 3,6 m-ə qədər)- işgüzar ünsiyyət üçün səmərəli sahədir.

Kütləvi zona (3,6 sm-dən daha çox)- ictimai yerlərdə bir-birini tanımayan insanlar arasında ünsiyyət üçün səmərəli sahədir.
Bədən dilindən istifadə etmək.-Bədən dili dedikdə jestlər və mimikalar, hətta ünsiyyət zamanı səs tonu nəzərdə tutulur. Araşdırmalara görə qarşı tərəfə məlumatların effektiv ötürülməsi baxımından jestlər və mimikalar 55-60 %, səs tonu 30-35 %, sözlər isə 8-10 % əhəmiyyət daşıyır. 


Bu baxımından, məlumatların effektiv ötürülməsi baxımından və ünsiyyətin təsirli olması üçün bədən dilindən istifadə edin. Ünsiyyət zamanı bədən dilindən istifadə edilməməsi nəticəsində sözləriniz nə qədər əhəmiyyətli olsa bele fayda verməyəcək.
0 0

Şərhlər

Oxşar xəbərlər