Quba rayonu ümumi təhsil müəssisələrində "Ümumxalq Hüzn Günü " keçirilib
20-01-2022, 06:32
253

Quba rayonu ümumi təhsil müəssisələrində "Ümumxalq Hüzn Günü " keçirilib

TehsilForumu.Az xəbər verir ki, xəbər verir ki, Quba Rayon Təhsil Şöbəsinin tabeliyində olan,  məktəblər də 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.


Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.


Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 

Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.


Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.







0 0

Şərhlər

Oxşar xəbərlər