Övladını təhsildən yayındıran valideynlər....
28-10-2023, 09:39
396

Övladını təhsildən yayındıran valideynlər....

Müşahidələr onu göstərir ki, hazırkı dövrdə övladını təhsildən yayındıran, onun gələcəyinə mənfi yöndən müdaxilə edən valideynlər hələ də mövcuddur. XXI əsrdə yaşamağımıza baxmayaraq bu kimi problemlərin mövcud olması narahatlıq doğuran məsələdir.

 

 

Maraqlıdır,bəs övladlarını təhsildən yayındıran valideynlər üçün hansı tədbirlər görülməlidir ?

 

 

TehsilForumu.Az xəbər verir ki Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edir ki, övladının təhsil almasına mane olan valideynlər üçün ciddi tədbir görülməlidir :

 

 

“Əgər valideyn bilərəkdən şagirdin iradəsinin əksinə gedir, onun təhsil almasına qarşı çıxırsa, əlbəttə ki, düzgün hərəkət etmir. Valideynlərin bu davranışları yolverilməzdir. Məhz bu səbəbdən adiyyatı orqanlara hansısa uşaq şikayət edirsə, təbii ki, bunun üçün tədbir görülməlidir. Uşaq əgər oxumaq istəyirsə, valideynlərin bu hərəkəti onların azadlığını pozur. Belə bir valideyn varsa, bunun üçün lazımi tədbirlər görülməlidir. Bu da uşağın şikayəti əsasında aparılır. Əgər problem ciddi xarakter daşıyırsa, onda təbii ki, müəyyən təsir qüvvələrinə müraciət etmək lazımdır. Bu və digər halların qarşısını almaq üçün valideynləri maarifləndirmək üçün müvafiq tədbirlər həyata keçirmək lazımdır”.
0 1

Şərhlər

Oxşar xəbərlər