Məktəbdə “Son zəng”ə görə pul yığılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-05-2022, 06:34
747

Məktəbdə “Son zəng”ə görə pul yığılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub. 

Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
0 0

Şərhlər

Oxşar xəbərlər