Bakıda direktor sinif otaqlarını icarəyə verir? - Açıqlama
22-02-2022, 13:17
554

Bakıda direktor sinif otaqlarını icarəyə verir? - Açıqlama

Paytaxtın Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə direktor sinif otaqlarını müəllimlərə pul qarşılığında icarəyə verir.

Bu barədə TehsilForumu.Az  redaksiyasına daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, direktor buna səbəb kimi məktəbin müvafiq qurumlar tərəfindən heç bir ləvazimatla təmin olunmadığını və çəkilən xərclərin əvəzini bu şəkildə ödədiyini bildirir.

Məsələ ilə bağlı məktəbdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bilirildi ki, təhsil müəssisəsində belə hal baş verməyib: "Sinif otaqları müəllimlərə icarəyə verilməyib və ümumilikdə belə bir hal yaşanmayıb. Qeyd edək ki, məktəblərin sifarişi əsasında təhsil müəssisəsinə lazım olan inventar və digər ləvazimatlar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin edilir".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə saytımıza verilən məlumata görə, 136 nömrəli tam orta məktəbin şagird tutumu 1 400 nəfərdən ibarətdir: "Cari tədris ilində məktəbdə 2 595 nəfər şagird 2 növbədə təhsil alır. Ötən tədris ilindən məktəbdə STEAM layihəsi tətbiq olunan siniflərdə müvafiq fənlər otaq çatışmazlığı ilə əlaqədar qruplara bölünmədən tədris edilir. Eynilə məktəbin 10 c sinfində xarici dil, ikinci xarici dil və fiziki tərbiyə dərsləri otaq çatışmazlığı səbəbindən iki qrupa bölünmədən tədris edilir".
0 0

Şərhlər

Oxşar xəbərlər