ETİRAZ! - Universitetləri reytinq yox, bufetlərdəki qiymət maraqlandırır
16-12-2021, 14:43
167

ETİRAZ! - Universitetləri reytinq yox, bufetlərdəki qiymət maraqlandırır

Xarici universitetlərindən fərqli olaraq, Azərbaycanda universitetlər reytinqlərə fikir vermirlər”

“Reytinqdə həm də tələbə və heyət məmnunuluğu nəzərə alınır. Bu məmnunluğa bufetlərin, kitabxaların iş fəaliyyəti aid edilir”


Son zamanların aktual müzakirə mövzularından biri də universitet bufetlərindəki qiymətlərdir. Demək olar,  bütün tələbələr qiymətlərdən narazıdır. Ölkənin aparıcı ali təhsil müəssisələrindəki qiymətlər “əl yandırır”.


 Beynəlxalq praktikaya, yəni dünyanın üzdə olan ali təhsil ocaqlarının yeməkxanalarındakı qiymətlərə nəzər salsaq, bunun əksini müşahidə edərik. Bütün dünyada tendensiya belədir: 

Tələbələrə 50 faiz endirim edilsin. Bizdə isə əksinə, təhsil haqları kimi, bufetdəki qiymətlər də bahadır. Hətta əskər tələbə xərci çıxmasın deyə, ya özü ilə dərsə şirniyyat gətiri, ya da universitet yaxınlığındakı mağazalara baş vurmalı olur. Bu barədə mediada dəfələrlə məqalələr tirajlansa da, univeristet rəhbərləri buna bir əncam çəkmirlər.


İqtisadçı-ekspert Nazim Bəydəmirli də "Sherg.az”a açıqlamasında qeyd edib ki, universitetlərin idarəçilik prinsipləri çox şəffaf olmadığına görə, onların verdiyi hər hansısa əlavə xidmət maya dəyərindən kifayət qədər bahadır:
Onlar bu xidmətlərə qazanc mənbəyi kimi baxırlar. Xarici universitetlərindən fərqli olaraq, Azərbaycanda universitetlər reytinqlərə fikir vermirlər. Reytinqdə həm də tələbə və heyət məmnunuluğu nəzərə alınır. Bu məmnunluğa bufetlərin, kitabxaların iş fəaliyyəti aid edilir”.

İqtisadçı-ekspert həm də universitet rektorları haqqında danışıb:

“Universitet rektorları özlərini oliqarx kimi aparırlar. Öz yaxın qohumlarını universitet idarəçiliyinə cəlb edirlər. Bu səbəbdən də korrupsiya və rüşvətxorluq artır. Azərbaycanda 75-80 faiz tələbə öz və valideynlərinin vəsaiti hesabına ödənişli təhsil almaq məcburiyyətində qalır”.
0 0

Şərhlər

Oxşar xəbərlər