Elm və Təhsil Nazirliyi və qurumlarına 20 797 vətəndaş müraciəti daxil olub.
21-02-2024, 06:49
262

Elm və Təhsil Nazirliyi və qurumlarına 20 797 vətəndaş müraciəti daxil olub.

Fevralın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 797 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən bildirilib ki, müraciətlərin 13 min 303-ü çağrı mərkəzləri, 3 min 758-i sosial media vasitəsilə, 1659-u elektron, 1277-si yazılı formada yönləndirilib, 800-ü isə vətəndaş qəbulu zamanı qeydə alınıb.

Müraciətlər müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.
0 0

Şərhlər

Oxşar xəbərlər