DİM magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət etdi
2-02-2022, 16:13
281

DİM magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət etdi

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin magistraturalarına elektron ərizə qəbulu fevralın 10-dək davam edəcək.

TehsilForumu.Az xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarına ərizə vermək istəyən bakalavrlar texniki dəstək almaq üçün Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində ödənişsiz fəaliyyət göstərən “Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar bakalavrlara qəbul qaydaları, ali təhsil müəssiələrinin magistratura səviyyəsinə ərizə qəbulu, “Bakalavrın elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və s. məsələlər haqqında ödənişsiz kömək göstərirlər. 

Bakalavrlar onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:

Bakı şəhəri 

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71. Telefon: +994 12 431 41 17

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a. Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226);

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27. Telefon:+994 12 492 61 63;

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13. Telefon: +994 12 465 85 27;

Dövlət İmtahan Mərkəzinin regional bölmələri 

Naxçıvan MR Regional Bölməsi 

Naxçıvan şəhəri, Atatürk küçəsi, 10. 

+994 36 544 04 02; 

Göyçay Regional Bölməsi 

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43. 

+994 20 274 66 74; 

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182. 

+994 24 244 66 14;

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, M.Rəsulzadə küç, 7b. 

+994 23 325 01 21;

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52. 

+994 25 255 24 82;

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina. 

+994 22 256 50 67;

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küç, 19. 

+994 21 215 15 23;

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100.

+994 20 205-01-86;

Şəmkir Regional Bölməsi

Şəmkir, Bakı-Qazax şosesi,
İnzibati bina “West gate”.

+994 55 214 97 00.
0 0

Şərhlər

Oxşar xəbərlər