Nazirlikdən şagirdlərin çubuqla döyülməsini əks etdirən görüntülərlə bağlı AÇIQLAMA
2-02-2022, 14:49
356

Nazirlikdən şagirdlərin çubuqla döyülməsini əks etdirən görüntülərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.

TehsilForumu.Az - ın  məlumatına görə nazirlikdən görüntülərin köhnə olduğu bildirilib.

Qeyd olunub ki, sözügedən görüntülər 2018-ci ildə lentə alınıb: "Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl - 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi".

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə məktəb direktorunun şagirdləri çubuqla döydüyünü əks etdirən görüntülər yayılmışdı.
0 0

Şərhlər

Oxşar xəbərlər