Döyülən şagirdlər, cəzalanan direktor, yeni tədris ili-Ötən həftəyə baxış
10-01-2022, 16:57
269

Döyülən şagirdlər, cəzalanan direktor, yeni tədris ili-Ötən həftəyə baxış

TehsilForunu.Az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 3-9 yanvar tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb:

 

Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 4083 müraciət qəbul olunub.

 

Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

 

DİM magistraturaya qəbul qaydalarını açıqlayıb:

 

Jurnalda Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.

 

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək:

 

Bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

 

Bakıda yanğın baş verən məktəbdə tədris bərpa olunub:

 

Bakıda ötən həftə yanğın baş verən 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

 

Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır:

0 0

Şərhlər

Oxşar xəbərlər