Təhsil Nazirliyi: “Rəqəmsal bacarıqlar” layihəsi 190 mindən çox şagirdi əhatə edir
22-12-2021, 06:20
290

Təhsil Nazirliyi: “Rəqəmsal bacarıqlar” layihəsi 190 mindən çox şagirdi əhatə edir

2021-ci ildə “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 250 məktəbinin 190 mindən çox şagirdini əhatə edib.


Bu barədə TehsilForumu.Az - a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilə nisbətən 28 məktəb və 90 min şagird artımı deməkdir.


Layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə məktəbləri əhatə edir.


0 0

Şərhlər

Oxşar xəbərlər