Hər kəs səhv edə bilər, əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin"
21-12-2021, 11:19
237

Hər kəs səhv edə bilər, əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin"

Son zamanlar məktəblərdə baş verən xoşagəlməz halların biri ilə bağlı direktor öz istəyi ilə səhvini qəbul edib işdən çıxıb. Bu da təqdirəlayiq haldır. Çünki bəzən səhvini qəbul etmək halı az olur".

TehsilForumu.Az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib:

"İnanıram ki, şagirdi alçatmaq üçün bunu etməyib. Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin".


0 0

Şərhlər

Oxşar xəbərlər