Məktəb xərcləri üçün pul yığmağı tapşıran direktorla bağlı araşdırma başladı
15-12-2021, 13:24
750

Məktəb xərcləri üçün pul yığmağı tapşıran direktorla bağlı araşdırma başladı

Bakı şəhərində yerləşən orta məktəblərdən birinin direktorunun səs yazısı yayılıb. 

Belə ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva qeyd edir ki, məktəbdəki xərcləri təmin edə bilmir:

“Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyə o, valideynlərə təzyiq edib. 
TehsilForumu.Az məlumat verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbin direktorunun səs yazısı ilə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.


0 0

Şərhlər

Oxşar xəbərlər