Fənn olimpiadalarının elektron qeydiyyatı davam edir
15-12-2021, 10:10
372

Fənn olimpiadalarının elektron qeydiyyatı davam edir

TehsilForumu.Az Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi 20 dekabr tarixində yekunlaşacaq.

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.

Qeyd edək ki, IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.

Xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb.


0 0

Şərhlər

Oxşar xəbərlər