"Müəllimlərimizi Tanıyaq" - Mənsurə Ağakişiyeva
23-10-2023, 12:59
343

"Müəllimlərimizi Tanıyaq" - Mənsurə Ağakişiyeva


 "Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Mənsurə Ağakişiyeva haqqında danışacağıq.

 Ağakişiyeva Mənsurə Fehruz qızı 1982-ci il fevral ayının 8-ində Cəbrayıl rayon Böyük Mərcanlı kəndində anadan olmuşdur. 
           2005-ci ildən pedoqoji fəaliyyətə başlamışdır, 18 illik pedoqoji fəaliyyəti vardır. İşlədiyi dövrlərdə daima yeniliklərlə maraqlanmış, Təhsil Nazirliyinin təşkil etdiyi bir çox təkmilləşdirmə kurslarında (“Məktəbəqədər uşaqlarla işləmək”, “Yeni dərsliklərlə işləmək”, “Oxu təlimi”, “İnkluziv şagirdlərlə işləmək”, “Məktəbdaxili qiymətləndirmə”) iştirak etmiş və fəal iştiraklarına görə sertifikatlara layiq görülmüşdür. 
           Müəllimlərin diaqnostik qiymətləndirməsində 53 bal, sertifikasiya imtahanında isə 56 bal toplayaraq uğur qazanmışdır. 
Hal-hazırda Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində fəaliyyətini davam etdirir. Şagird və valideynlərin sevgisi ilə qürur duyur, şagirdlərinin uğurları isə peşəkarlıq yolunda onun üçün bir vəzifəyə çevrilmişdir. 
Dərslərinin təşkili zamanı da şagirdlərini düşünür, onların istək və maraq dairələrinə uyğun planlaşdırma həyata keçirir. 
           Onun öz sözləri isə belədir: “Çox xoşbəxtəm ki, müəlliməm.”
1 0

Şərhlər

Oxşar xəbərlər