"Müəllimlərimizi Tanıyaq" - Leyla Həziyeva
22-10-2023, 11:51
375

"Müəllimlərimizi Tanıyaq" - Leyla Həziyeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Leyla Həziyeva haqqında danışacağıq.

Həziyeva Leyla Rafiq qızının 03 sentyabr 1990 -cı ildə Cəbrayıl rayonu cocuq Mərcanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.
1996-cı ildə 6 yaşında Bakı Şəhərində yerləşən Cəbrayıl rayonun Cocuq Mərcanlı kənd tam orta məktəbinin 1 -ci sinfinə daxil olmuş,2007 -ci ildə həmin məktəbin məzunu olmuşdur.
Oxuduğu məktəbin direktoru Rafiq Bayramov həm müəllimi,həm də ki, atası olmuşdur.
2007 -ci ildə Odlar-Yurdu Unversitetinə qəbul olaraq Riyaziyyat-informatika müəllimi ixtisası üzrə təhsil almışdır.
2013 -cü ildə Bakı şəhərində yerləşən Cəbrayıl rayonu Cocuq Mərcanlı tam orta məktəbində Uşaq Birliyi vəzifəsi üzrə fəaliyyətə başlamışdır.
10 illik iş təcrübəsi vardır. 4 oktyabr Cocuq Mərcanlı kəndi Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olaraq Cəbrayıl rayonunda Cocuq Mərcanlı məktəbi bərpa olmuşdur.
Hal-hazırda Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində işləyir.
2016-cı ildə Hədəf Şirkətində imtahan verərək İnformatika ixtisası üzrə işə başlamışdır.
2 0

Şərhlər

Oxşar xəbərlər