"Müəllimlərimizi Tanıyaq" - Fatimə Əhmədova
22-04-2023, 13:30
1 576

"Müəllimlərimizi Tanıyaq" - Fatimə Əhmədova


"Müəllimlərimizi Tanıyaq" - Fatimə Əhmədova rubrikamızda bu dəfə haqqında danışacağıq

Əhmədova Fatimə Fazil qızı 1994-cü il fevralın 15-də Şirvan şəhərində anadan olmuşdur.

 2001-2011-ci illərdə Milli Qəhrəman Nofəl Quliyev adına 9 nömrəli məktəbi əla qiymətlərlə başa vurmuşdur. 

2012-2016-cı ildə Sumqayıt Dövlət Universitetini bitirib. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, Elm və Təhsil Nazirliyi tərəfindən Füzuli rayon 31 nömrəli tam orta məktəbə təyin olunmuşdur.  

3 illik fəaliyyətdən sonra yenidən müsabiqədə iştirak edərək, Sabirabad rayon Qarağac kənd tam orta məktəbə azərbaycan dili və ədəbiyyat müəllimi olaraq təyin edilmişdir. 

Müəllimin müdavimləri yüksək nəticələr toplamış, abituriyentləri yüksək ballarla ali təhsil ocaqlarına qəbul olmuş, şagirdləri olimpiadalarda nailiyyət qazanmışdır. 

Müəllimə hal-hazırda həmçinin Peşəkar Müəllimlər Akademiyasının rəhbəridir. Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyində "Sertifikasiyaya Dəstək" məqsədi ilə keçirilən dərslərdə azərbaycan dili fənnindən təlimçi müəllim olaraq fəaliyyət göstərir. 

Müəllimə Azərbaycan Respublikası Təhsil İnstutunun təşkil etdiyi "Sertifikasiyaya Dəstək" məqsədi ilə keçirilən təlimlərdə mentor müəllim olaraq da fəaliyyətə başlamışdır. 

Qeyd edək ki, Fatimə müəllimə şəhidimiz Bağırov Ələkbərin bacısıdır.

Bununla yanaşı Fatimə müəllim bir çox aztəminatlı ailənin,şəhid və qazi övladlarının  ixtisası üzrə Ali məktəb,kollec və liseylərə hazırlığını ödənişsiz öz üzərinə götürmüşdür.
0 0

Şərhlər

Oxşar xəbərlər