"Müəllimlərimizi Tanıyaq" -  İlahə Novruzova
22-04-2023, 07:36
833

"Müəllimlərimizi Tanıyaq" - İlahə Novruzova

"Müəllimlərimizi Tanıyaq" - İlahə Novruzova rubrikamızda bu dəfə haqqında danışacağıq

Novruzova İlahə Qurban qızı 10.08.1982-ci ildə Qazax rayonunda anadan olub. 

1999-cu ildə orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanında yüksək bal toplayaraq BDU-nin “Riyaziyyat” fakültəsinə əyani ödənişsiz əsaslarla qəbul olub. 

2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 

2003-2005-ci illərdə BDU-nin həmin fakültəsində ödənişsiz əsaslarla magistr təhsili alıb. 

Magistr dərəcəsini də fərqlənmə diplomu ilə bitirib. 2010-2014 cü illərdə Füzuli rayonu 2 nömrəli tam orta məktəbdə müəllim, təlim tərbiyə işləri üzrə direktor müavini, 2014-2016-cı illər ərzində Füzuli rayonu 3 nömrəli tam orta məktəbdə direktor, 2016-cı ildən etibarən isə Füzuli rayonu 45 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır. 

YAP partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

0 0

Şərhlər

Oxşar xəbərlər