"Müəllimlərimizi Tanıyaq" - Şaqavatova Samirə
7-04-2023, 10:05
723

"Müəllimlərimizi Tanıyaq" - Şaqavatova Samirə


"Müəllimlərimizi Tanıyaq" -  rubrikamızda bu dəfəŞ aqavatova Samirə haqqında danışacağıq.

Şaqavatova Samirə Salman qızı 1985-ci il sentyabr ayının 13-də Sumqayıt şəhərində anadan olmuşdur. 

2003-cü ildə Sumqayıt Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakültəsinə daxil olmuş 2007-ci ildə həmin fakültəni “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmişdir. 

Elə həmin il yüksək balla Sumqayıt Dövlət Universitetinin “Optimallaşdırma və optimal idarəetmə istiqaməti üzrə magistratura pilləsinə daxil olmuş 2009-cu ildə magistraturanı bitirmişdir. 

Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun doktorantıdır.

Bakalavr, magistratura və doktoranturada təhsil aldığı müddətdə bir çox ölkədaxili və universitetdaxili konfranslarda iştirak etmişdir.

Bakı Biznes Universitetində Ümummilli liderimiz cənab Heydər Əliyevin 80 illiyinə həsr olunmuş elmi konfransda “Rəqs tənliyi üçün ən tez təsirli bir optimal idarəetmə məsələsi” adlı məqalə ilə çıxış edib. Ümumilikdə, 7 elmi məqalə, 10-dan artıq tezis müəllifidir. 

2008-ci ildən hazırki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində riyaziyyat və İKT fənləri üzrə müəllim işləyir. Uzun illər Metodbirləşmə sədri kimi fəaliyyət göstərib. Bir çox sertifikatlara və fəxri fərmanlara layiq görülmüşdür. 

Repetitorluq fəaliyyəti ilə məşğul olur.
2009-cu ildən “Mədəni İnkişafın Təbliği” İctimai Birliyində həmtəsisçi və sədr müavini vəzifəsində çalışır. 

2017-ci ildə Sənətkar jurnalının aprel-iyun buraxılışında “İKT fənninin tədrisində müasir təlim üsullarını necə tətbiq edirəm” adlı açıq dərsi çap olunub.

2021-ci ildə “Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni” kursundan keçərək “Təlimçi” statusu almışdır. 

2022-ci ildə “Şuşa ili” çərçivəsində tədbir keçirib.

2022-ci ildə “Elm Texnologiya və İnnovasiyaların İnkişafına Dəstək” İctimai Birliyində həmtəsisçi və sədr vəzifəsində çalışır.

2023-ildə “Gender bərabərliyi: Bərabər hüquqlar, bərabər imkanlar” kitabı çap olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər