"Müəllimlərimizi Tanıyaq" -  Abdullayeva Gülnar
24-02-2023, 10:00
388

"Müəllimlərimizi Tanıyaq" - Abdullayeva Gülnar

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Abdullayeva Gülnar haqqında danışacağıq :

Abdullayeva Gülnar 1989-cu ildə Qax rayonu Şotavar kəndində anadan olmuşdur.

Orta məktəbi Şotavar kənd tam orta məktəbində 1996-2007-ci illərdə təhsil almışdır.

Məktəbi bitirdikdən sonra 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının tarix-coğrafiya fakultəsinə qəbul olmuşdur. 2011-ci ildə isə həmin fakültənin məzunu olmuşdur.

2020-ci ilin Miq imtahanında iştirak edərək yüksək nəticə toplayıb və Şəmkir rayonu Abbaslı kənd orta məktəbini seçərək artıq 3 ildir ki bu məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərir.

 İxtisası ilə bağlı bir sıra təlim və proqramlarda iştirak etmiş və bir çox sertifikatlar əldə etmişdir.

2021-ci ildə ARTİ və TAİM-in təqdim etdiyi Metodika üzrə "Pedaqoji fəaliyyətə müasir yanaşmalar" ixtisasartırma təlimində iştirak etmişdir.

Hazırda coğrafiya və kurikulum üzrə təlimçiliklə məşğuldur. Hər zaman tədris prossesində yeni metod və texnikaların tətbiqinin tərəfdarıdır.
0 0

Şərhlər

Oxşar xəbərlər