"Müəllimlərimizi Tanıyaq" - Səidə Məhərrəm
14-02-2023, 09:18
753

"Müəllimlərimizi Tanıyaq" - Səidə Məhərrəm

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Səidə Məhərrəm haqqında danışacağıq :

Əkbərova Səidə Məhərrəm qızı 31.01.1984-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. 

Orta təhsilini Ağcabədi şəhər M. Aranlı adına tam orta məktəbdə almışdır.

2003-cü ildə BDU-nun kimya fakültəsinə daxil olmuş, 2007-ci ilə bitirmişdir.

2007-2010-cu illərdə Ağcabədi şəhər M. Əsədov adına tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərmişdir.

2010-2014-cü illərdə Ağcabədi şəhər M. Aranlı adına tam orta məktəbdə direktor müavini kimi fəaliyyət göstərmişdir. 

Hazırda orta təhsil aldığı Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbdə kimya müəllimi kimi çalışır.

2017-ci ildən müxtəlif kurslarda repititor kimi çalışır.

Dəfələrlə müxtəlif intellektual oyunlarda, o cümlədən "Xəmsə" oyununda rayonu təmsil etmişdir.
0 0

Şərhlər

Oxşar xəbərlər