Məscidlərə təyin olunmuş din xadimlərinin attestasiyası elan edilir
31-01-2024, 08:38
558

Məscidlərə təyin olunmuş din xadimlərinin attestasiyası elan edilir

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin attestasiyası elan edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, attestasiyada iştirak edəcək din xadimləri 2024-cü il yanvarın 30-dan martın 1-i saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya kağız daşıyıcıda Komitəyə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) göndərməlidirlər.

Attestasiyada iştirak üçün din xadimi tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

-Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

-Tərcümeyi-hal;

-Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

-Sağlamlıq haqqında arayış;

-Narkoloji dispanserdən arayış;

-Ruhi-əsəb dispanserindən arayış;

-Məhkumluq barədə arayış;

-Foto (3x4) (4 ədəd);

-Ərizə.

Tələb olunan sənədlərdən əlavə, namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Attestasiyada iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra attestasiyanın keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.

Qeyd: Din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.
0 0

Şərhlər

Oxşar xəbərlər