Nazir müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
5-04-2024, 19:32
231

Nazir müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub

TehsilForumu.Az xəbər verir ki , Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

 

Əvvəlcə məktəbin foyesində Goranboy şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Daha sonra təhsil müəssisəsinin akt zalına, yeməkxana və idman zalına baxış keçirilib. Məktəbdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib.

 

Bildirilib ki, məktəb binası 2021-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 810 şagird təhsil alır.
0 0

Şərhlər

Oxşar xəbərlər