Bu gün Kəlbəcər Şəhəri Günüdür- Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq...
25-11-2023, 10:07
443

Bu gün Kəlbəcər Şəhəri Günüdür- Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq...

Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq..

TehsilForumu.Az xəbər verir ki , Kəlbəcər qədim yaşayış məskənlərindən biridir.Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb..Kəlbəcərin işğaldan azad edilməsi Prezident İlham Əliyevin qalib Sərkərdə olduğunu bir daha sübut edir.Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş, beynəlxalq təşkilatlar isə Ermənistana qarşı heç bir təsir göstərməmişdir. Nəticədə isə  BMT-nin qəbul etdiyi beynəlxalq qətnamə 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır.Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər  nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.  Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib Sərkərdə olduğunu sübut edir.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın  26-da “Kəlbəcərin azad olunmasına görə” medalını təsis edərək rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusunu təltif etmişdir.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Ölkə başçısı cənab İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmışdır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşlar. Çəkilən yeni yol Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcəkdir. Bundan əlavə, #Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur. Səfər zamanı Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cari ilin 16 avqust tarixində reallaşan səfərlərindən sonra Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə rəsmi olaraq start verilmişdir.
Artıq Kəlbəcər rayonu da daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.....
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Kəlbəcərdə Alıbəyli, və Zar kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.Müzəffər Ali Baş Komandan, cənab prezidentimiz ilham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər nəticəsində 10 noyabr 2020-ci ildə imzalanan sülh bəyanata əsasən 25 noyabrda erməni silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.Beləliklə , Laçında görülən möhtəşəm işlərin tükənməz siyahısı var və bu işlər kəmiyyət, keyfiyyət göstəriciliyi ilə yanaşı, yüksək iqtisadı strateji üstünlükləri ilə də diqqəti cəlb edir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonuna ötən 2 ildə dörd dəfə səfər etmişdir.
Dövlət başçısının Laçına hər səfəri bir tarixdir. Hər səfər Laçının dirçəlişidir və yenidən qurulmasında mühüm töhfədir. Cənab Prezidentin qısa zaman kəsiyində Laçına səfərlərinin xronologiyasına diqqət yetirir.. Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.Beləliklə , Cənab Prezident İlham Əliyev 21.09.2022 - Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub.Bu səfərlərin hər birinin böyük mənəvi mənası ilə yanaşı tək Laçın üçün deyil, region üçün, həmçinin ölkə iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyəti vardır. Surətlə aparılan işlər dinamik xarakter daşıyır və əhalinin əhval- ruhiyyəsinə müsbət təsir göstərir.Bu gün Laçında görülən möhtəşəm işlərin tükənməz siyahısı var və bu işlər kəmiyyət, keyfiyyət göstəriciliyi ilə yanaşı, yüksək iqtisadı strateji üstünlükləri ilə də diqqəti cəlb edir.Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlər bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amildir. Ölkə rəhbərinin hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması işlərin yüksək effektivliyini təmin edir.Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaqdır.Cənab Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olmuşdur.....Artıq işlər davam edir...

Yap Quba rayon Təşkilatının fəal üzvü Nigar Əli qızı Məmmədova
0 0

Şərhlər

Oxşar xəbərlər