Bağçalara müdir vəzifəsinə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlayır
31-07-2023, 06:50
590

Bağçalara müdir vəzifəsinə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlayır

TehsilForumu.Az xəbər verir ki , Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul – 7 avqust tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər