Siyəzəndə 3 məktəbli yol qəzasında öldü
12-02-2023, 09:14
533

Siyəzəndə 3 məktəbli yol qəzasında öldü

Fevralın 11-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TehsilForumu.Az xəbər verir ki yük maşını ilə minik maşını toqquşub.

Belə ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlunun idarə etdiyi “Audi” markalı 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "Audi"nin sürücüsü Məmmədov Nicat Kamran oğlu, həmçinin, Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olan Abasov Rəvan Malik oğlu, Abasov Nihat Babək oğlu və 10-cu sinif şagirdi Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib.

2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıblar.
0 0

Şərhlər

Oxşar xəbərlər