Şirvan-Salyan Regional Təhsil İdarəsi ümumtəhsil məktəblərində təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.
19-01-2023, 22:21
1 427

Şirvan-Salyan Regional Təhsil İdarəsi ümumtəhsil məktəblərində təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.

TehsilForumu.Az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi ümumtəhsil məktəblərində təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya üzrə tələblər:
Təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqədə orta ixtisas təhsilli və ya ali təhsil, 3 ildən yuxarı əmək stajı olan şəxslər iştirak edə bilərlər.

Tələb olunan sənədlər:
1) Şəxsiyyət vəsiqəsi
2) Diplom
3) Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətləri.
 Qeyd edirik ki, işəqəbul müsabiqə və müsahibə yolu ilə həyata keçiriləcək.
Müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar tarixindən 28 yanvar tarixinə kimi təsdiqedici sənədləri Şirvan-Salyan Regional Təhsil İdarəsinə təqdim etməklə müraciət edə bilərlər.

Vakansiyalarla bağlı keçid linki:⤵️
https://docs.google.com/spreadsheets/d/1JD4EIpT2PneYLXutpMT2iFkqwLZdx3yF/edit#gid=416556950

#ŞirvanSalyanTəhsilRTİ #Vakansiya
1 0

Şərhlər

Oxşar xəbərlər