Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumtəhsil məktəbləri üzrə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.
23-06-2022, 17:10
645

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumtəhsil məktəbləri üzrə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

TehsilForumu.Az xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumtəhsil məktəbləri üzrə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək. Şagird sayı 150-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər yalnız müsahibə mərhələsində, şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər isə həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.
2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş), müsahibəyə dəvət olunmamış namizədlər birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.

Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.

Üstünlük veriləcək namizədlər:
- müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər tələb olunan sənədləri 30 iyun 2022-ci il tarixinədək Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibəyə dəvət olunacaqlar.

Qeyd edək ki, test imtahanından keçid balı 24-dür.

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:
- vəzifə üzrə nəzəri biliklər;
- idarəetmə bacarıqları;
- şəxsi keyfiyyətlər.

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

Aşağıdakı keçiddən istifadə edərək Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz⬇️

https://bit.ly/3ydIvn7
0 0

Şərhlər

Oxşar xəbərlər