Yanvarın 12-də GRE imtahanı keçiriləcək
10-01-2023, 12:40
253

Yanvarın 12-də GRE imtahanı keçiriləcək

TehsilForumu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 12-də GRE imtahanı keçiriləcək.

Bu barədə  DİM-dən məlumat verilib.

Qeyd olunub ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. 

İmtahan saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər