Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə
15-11-2022, 08:30
803

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

II. Evdə təhsilin təşkili qaydaları

 

1. “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.

2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.

3. Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən pozuntusu olan) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur. [2]

4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:

məktəb direktorunun adına ərizə;

doğum haqqında şəhadətnamənin surəti;

müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; [3]

psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.

5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.

6. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarət üç mərhələdən ibarətdir. [4]

7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.

8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

9. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir.

10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.

11. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz. [5]

12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.

13. Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir. [6]

14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.

15. Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar. [7]

16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.

17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır, və dərsləri keçən , müəllimlər tərəfindən jurnala qeyd olunur şagirdin adını soyadını dərsləri tədris edən şəxs qeyd edir.


18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar attestasiya, yekun və digər qiymətləndirmələrdən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər. [8]

19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.

20. Müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır. [9]

21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.

22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.

23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.

20. Müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır. [9]

21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.

22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.

23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.
1 0

Şərhlər

Oxşar xəbərlər