“Məktəbdə...” layihəsində növbəti görüş keçiriləcək
2-11-2022, 14:03
373

“Məktəbdə...” layihəsində növbəti görüş keçiriləcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 4-də Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati olacaq.

Görüşdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında səmərəli fəaliyyət göstərən, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünyaya yayan Reza Deqati Zəfər Günü ərəfəsində şagirdlərlə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin aşılanmasında məktəbin rolu, yeniyetmələrdə təəssübkeşlik hisslərinin formalaşdırılması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətirəcək.
0 0

Şərhlər

Oxşar xəbərlər