Ana dilimizi mükəmməl öyrənməli və sevməliyik ...
9-04-2023, 16:09
676

Ana dilimizi mükəmməl öyrənməli və sevməliyik ...

Sarsılmaz  özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir.  Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqı yox etmək istəyirsənsə, birinci onun dilini məhv et.  Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir əlamətdar günün olduğu kimi bu günün də maraqlı və ibrətamiz tarixçəsi var:  Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər  keçirilsin.  Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Ulu Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

TehsilForumu.Az - Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır.


Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla - onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Gənc şagirlərə isə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris etmək onların milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, bu ruhda böyüməsində mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərdə  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Ümumiyyətlə bütün fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.Bu gün məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır.  Biz muxtar respublikamızda gənclər arasında ruh yüksəkliyinin, Vətənə məhəbbət hissinin nə qədər güclü olduğunu görürük. Bu özünü xüsusilə hərbi hazırlıq dərsləri keçmiş gənc şagirdlərdə daha çox biruzə verir. Son vaxtlar məktəblərdə fənlər üzrə nümunəvi dərslərin təşkili diqqət mərkəzindədir.Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar da aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəbdə vətənpərvərlik hissi ilə formalaşdırılan o şagirdlər bu gün 30 ildir düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir.Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin 4- cü sinif şagirdi Əlimirzəyeva Fatimə Cavad qızı da gələcəkdə öz vətəni naminə çalışacağını bildirir. Vətəninin inkişafı üçün əlindən gələni edəcəyini vurğulayır. Uğurlar arzulayırıq!


Nigar Müəllimə Məmmədova 
0 0

Şərhlər

Oxşar xəbərlər