Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?
20-10-2022, 10:59
737

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Əlbəttə, bu o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik, 45 dəqiqə müddətdə sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışın, dərsin planını qurarkən onları nəzərə alın. Əgər şagirdlərin daxili aləminə bələd olsanız, onları tez ələ alar, dərsə maraqlandıra bilərsiniz”.

 

K.Əsədov hesab edir ki, müvafiq qurum yenə də ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir: “Bilirsiniz, təhsil dərk edilən həqiqətdir, amma deyəsən, bəziləri bunu dərk etmir. Bu yolla şagirdi təhsilə cəlb etmək olmaz, bu cəza yolu ilə məktəblərdə nizam-intizam qurmaq olmaz. Bu cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər. Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim - şagird münasibətləri də o cür qurulmalıdır. Görünən odur ki, bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur”.



Elmin Nuri: İntizam Şurasının yaradılması valideyn komitələrinin də lazımsız fəaliyyətinə son qoyacaq

 TehsilForumu.Az xəbər verir ki, təhsil eksperti Elmin Nuri isə Bakıvaxtı.az-a bildirib ki, İntizam Şurasının yaradılması valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda hazırlanan sənəd layihəsində öz əksini tapıb. Ekspert qeyd edib ki, nazirlik tərəfindən artıq məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər də müəyyənləşib: “Belə ki, davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır.
keçməyib və keçməsi də gözlənilmirdi. Odur ki, rəsmi sənəd əsasında yaradılan İntizam Şurası ilə valideyn komitələrinin işini, fəaliyyət mexanizmini bir tutmaq yanlışlıq olardı. İntizam Şurasının yaradılması valideyn komitələrinin də lazımsız fəaliyyətinə son qoyacaq”.

 

Müsahibimiz deyir ki, xəbərdarlıqların dərəcələrinə diqqət etsək, bu prosesin təhsil müəssisələrindəki nizam-intizama xeyli təsir edəcəyini deyə bilərik.

 

E.Nuri onu da qeyd edib ki, intizam şuralarının yaradılması müəllimlərin də işini asanlaşdırmış olacaq: “Çünki bundan sonra şagirdlərin davranış pozuntuları ilə bağlı qərarı rəsmi sənədə əsasən yaradılan Şura müəyyən edəcək. Şuranın təkcə cəzalandırmaq yox, həm də təlim-tərbiyə işləri ilə də məşğul olması arzuolunandır. Modern Azərbaycan müəllimlərinin əksəriyyəti daha çox repetitorluğa meyl etdiyindən onu məktəbdəki nəinki təlim-tərbiyə, heç tədris keyfiyyəti də maraqlandırmır. Onu yalnız gəlir qazandıran hazırlıqlar maraqlandırır”.

Onun fikrincə, bu cür ciddi boşluqların yarandığı ərəfədə məsələyə nazirlik tərəfindən münsibət göstərilməsi vacib idi.

 

“Deyərdim ki, nazirlik bu məsələdə hətta gecikib. Bu gün Azərbaycan məktəblərində çalışqan, təhsilini inkişaf etdirmək istəyən şagirdlərlə yanaşı, onların tam əksi olan, gününü kriminal dünyaya, “vor söhbətləri”nə, təhqiramiz meyxana deyişmələrinə aid videolarla keçirən, kimlərisə yamsılamağa çalışan və gələcək üçün heç bir perspektiv vəd etməyən, tərbiyəsində problem olan şagirdlər də var. Onlar tədris mühiti, dərs ovqatı üçün, öz şagird yoldaşları üçün də potensial təhlükədirlər. 112 saylı məktəbdə yaşanan olaylar sözsüz ki, başqalarında da yaşanıb və sözsüz ki, bundan sonra da yaşanmaq ehtimalı var. Amma onlar da bu cəmiyyətin övladlarıdır, ata-kəsə bilmərik. Cəza mexanizmi ilə yanaşı, tərbiyələndirmə, gələcəklərini bəlkə də xilas edəcək məramda bir işlər görülməlidir. Valideyn Komitələri bu işin birmənalı şəkildə öhdəsindən gələ bilməyəcəklər. Odur ki, İntizam Şurasına uğurlar arzulamalıyıq”, - deyə Elmin Nuri bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər