Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin "Ləkin" komandası "Sərhəd" hərbi-idman oyunlarında respublika üzrə ll yerə layiq görülüb
11-06-2022, 09:08
655

Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin "Ləkin" komandası "Sərhəd" hərbi-idman oyunlarında respublika üzrə ll yerə layiq görülüb

Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin "Ləkin" komandası "Sərhəd" hərbi-idman oyunlarında respublika üzrə ll yerə layiq görülüb.


2-10 iyun 2022-ci il tarixlərində Döv­lət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin müəyyən edilmiş komendantlığında "Sərhəd" hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Məktəblilərin böyük maraqla qatıldığı oyunlarda komandalar “Sıra hazırlığı”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “TOZ-8 tüfəngindən hədəfə atəş”, “Sərhəd pozucusunun yaxalanması və təxliyə edilməsi”, “Maskalanma”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülüb-yığılması” üzrə tapşırıqları yerinə yetirərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Oyunların yekun nəticələrinə əsasən Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin "Ləkin" komandası respublika üzrə ll yerə layiq görülüb. 

Dövlət Sərhəd Xidməti (DSX), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının məqsədi məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, ölkəmizin gələcək müdafiəçilərinin vətənpərvər ruhda yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarına töhfə verməkdən ibarətdir. 



0 0

Şərhlər

Oxşar xəbərlər