Mədəniyyət naziri vətəndaşları qəbul edəcək
2-06-2022, 16:28
360

Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyun ayının 16-da saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (Ünvan:Beyləqan şəhəri Heydər Əliyev prospekti 7) Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, vətəndaşlar 12 iyun 2022-ci tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.


0 0

Şərhlər

Oxşar xəbərlər