Diplomu olmayan din xadimlərinin taleyi ilə bağlı AÇIQLAMA
24-05-2022, 13:22
323

Diplomu olmayan din xadimlərinin taleyi ilə bağlı AÇIQLAMA

Məscidə rəhbərlik edən və dini diplomu olmayan din xadimlərinin taleyi necə olacağına aydınlıq gətirilib.

TehsilForumu.Az - ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu proses mərhələli şəkildə, zamanla həllini tapacaq:

“Məscidlərdə ali dini təhsili olmayan şəxlər var və bizdə onlarla bağlı məlumat var. Biz desək ki, sabahdan onları işdən azad etməliyik, bu, doğru olmaz. Bu, mərhələli şəkildə həyata keçiriləcək".

Sədr müavini qeyd edib ki, bununla bağlı attestasiya nəzərdə tutulub və mərhələli şəkildə diplomu olan din xadimləri ilə əvəz olunacaqlar.


0 0

Şərhlər

Oxşar xəbərlər