Məktəblərdə Əlifba bayramı keçirilməyəcək - RƏSMİ AÇIQLAMA
23-04-2022, 06:20
940

Məktəblərdə Əlifba bayramı keçirilməyəcək - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi Əlifba bayramının keçirilib-keçirilməməsi məsələsinə aydınlıq gətirib.

TehsilForumu.Az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, yeni tədris proqramları, eləcə də təhsilə daha erkən başlama öyrənməni daha çevik edir:

"Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinifədək hərfləri öyrənə bilirlər. Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır".
0 0

Şərhlər

Oxşar xəbərlər