Subbakalavrların qeydiyyatının iyun ayında aparılması nəzərdə tutulur
21-04-2022, 15:55
226

Subbakalavrların qeydiyyatının iyun ayında aparılması nəzərdə tutulur

Elektron ərizə qəbulu zamanı subbakalavrlara aid təhsil məlumatları “Tələbə-Məzun” sistemindən əldə olunur. Cari ilin məzunu olan subbakalavrların yekun imtahanları keçirilməli və onların ümumi orta müvəffəqiyyət göstəricisi “Tələbə-Məzun” sisteminə əlavə olunmalıdır ki, onlar qeydiyyatdan keçə bilsinlər.

Bu barədə TehsilForumu.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, subbakalavrların qeydiyyatının iyun ayında aparılması nəzərdə tutulur. Konkret tarixlər barədə əlavə məlumat veriləcək.

0 0

Şərhlər

Oxşar xəbərlər