DİM: Buraxılış imtahanlarının keçirilməsinə dörd mindən çox nəzarətçi-müəllim ayrılıb
20-04-2022, 13:35
314

DİM: Buraxılış imtahanlarının keçirilməsinə dörd mindən çox nəzarətçi-müəllim ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 23-24-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 193 imtahan binası, 3271 imtahan zalı ayrılıb.

 

DİM-dən TehsilForumu.Az-a bildirilib ki, imtahanların idarə olunmasına 193 ümumi imtahan rəhbəri, 524 imtahan rəhbəri, 4082 nəzarətçi-müəllim, 381 buraxılışı rejimi əməkdaşı (mühafizə), 193 bina nümayəndəsi cəlb edilib.

 

Respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq imtahanlarda 43 min 127 şagirdin iştirakı nəzərdə tutulur.
0 0

Şərhlər

Oxşar xəbərlər