AZƏRTAC  Qafqazşünasların III Beynəlxalq Forumuna məruzələr qəbul olunur
24-03-2022, 12:22
186

AZƏRTAC Qafqazşünasların III Beynəlxalq Forumuna məruzələr qəbul olunur


Qafqazşünasların III Beynəlxalq Forumuna məruzələr qəbul olunur.

TəhsilForumu.Az xəbər verir ki,  Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, məruzələrin qəbulu aprelin 10-dək davam edəcək. Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr baxılmadan geri qaytarılacaq.


Forum “Vətən müharibəsi və Qafqazda yeni reallıqlar”, “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr”, “Böyük və qonşu dövlətlərin Qafqaz siyasəti”, “Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” bölmələrini əhatə edəcək.


Tədbir Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək. Forumun dəqiq tarixi haqqında əlavə məlumat veriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər